Yuxarı

Xarici teatr mütəxəssisləri Gənc Tamaşaçılar Teatrında tamaşa izləyiblər

Onlar III Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində Bakıya səfər ediblər

Bakı. 11 noyabr. REPORT.AZ/ Ötən həftə yekunlaşmış III Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində Bakıya səfər edən bir sıra xarici teatrların rəhbərləri Dövlət Gənc Tamaşaçılar Teatrında olublar. Teatrın mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, görüş Uşaq və Gənclər Teatrları Beynəlxalq ASSİTEJ-in prezidenti İvetta Hardi, Sankt-Peterburq Gənc Tamaşaçılar Teatrının incəsənət proqramları üzrə sədri, Rusiya Federasiyasının xalq artisti Adolf Şapiro, Permdə fəaliyyət göstərən “У моста” Teatrının direktoru və bədii rəhbəri, Martin Makdonax Festivalının prezidenti, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Sergey Fedotov, Sankt-Peterburq “KukART” Beynəlxalq Teatr Festivalının prezidenti, “İnterstudiya”nın direktoru David Burman, Belarus Respublikasının Kamera Dram Teatrının bədii rəhbəri və direktoru Nataliya Başevanın iştirakı ilə baş tutub.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidovun sədrliyi ilə keçirilən toplantıda qarşılıqlı əməkdaşlıq məsələləri, gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan bir sıra məsələlər müzakirə olunaraq qərarlar qəbul edilib.

Görüşdən sonra qonaqlar teatrın kiçik səhnəsinə P.Filipponun “Don Raffael Tranbomçu” tamaşasını izləyiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi