Yuxarı
    Bağlamaq

    Üzeyir Hacıbəylinin qələmə aldığı nadir not yazıları muzeyə təhvil verilib - FOTO

    Nadir nümunələr “Himn” və Firdovsiyə həsr olunmuş “Kantata” əsərləridir

    Bakı. 13 fevral. REPORT.AZ/ Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fonduna Azərbaycan milli musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin öz əli ilə qələmə aldığı nadir not yazıları təhvil verilib.

    "Report" xəbər verir ki, bu nadir nümunələr Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 10 illiyi münasibətilə 1930-cu ildə yaradılmış “Himn” və 1934-cü ildə böyük İran şairi Firdovsinin anadan olmasının 1000 illiyi ərəfəsində ərsəyə gəlmiş “Kantata” əsərləridir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi