Yuxarı

​Türkiyədə ideal vəziyyətdə qalan qədim yunan mozaikaları aşkar edilib

Mozaikalar ilkin ehtimallara görə, er.əv II əsrə aiddir

Bakı. 20 noyabr. REPORT.AZ/ Türkiyənin Suriya ilə sərhəddə yerləşən Zeuqma şəhərində Oksford Universitetindən olan arxeoloqların rəhbərliyi altında aparılan qazıntılar zamanı bu günə qədər ideal vəziyyətdə qalan üç qədim yunan mozaikası aşkar edilib.

"Report" xəbər verir ki, mozaikalar ilkin ehtimallara görə, e.ə. II əsrə aiddir.

Mozaikalardan birində 9 muz təsvir olunub.

Alimlər əmindirlər ki, tezliklə ən azı 2 min binadan ibarət qədim şəhər tapacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi