Yuxarı
    Bağlamaq

    Sumqayıt Teatrında xarici rejissorların quruluşunda tamaşalar hazırlanır

    Tamaşalara quruluş vermək üçün xaricdən rejissor dəvət edilib

    Bakı. 18 noyabr. REPORT.AZ/ Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında Bolqarıstan və Ukraynadan gəlmiş rejissorların quruluşunda iki yeni tamaşanın məşqləri başlanıb.

    Bu barədə "Report"a teatrın direktoru İslam Həsənov məlumat verib.

    Bolqarıstan və Ukraynadan olan rejissorlar Hristo Stoyçevlə Arkadiy Neputaliuk teatr direktorunun şəxsi dəvəti ilə Sumqayıta gəliblər. 

    Hristo Stoyçev Bolqarıstanın Kardjaliy şəhərinin "Dimitov Dimov” and "Kadrie Latifova” teatrının baş rejissorudur. Budəfəki səfərini Sumqayıt teatrının kollektivi ilə yaxından tanışlığa həsr edən rejissor yeni ilin may ayında təkrar Sumqayıta gələcək. H.Stoyçevin rejissorluğu ilə teatrın səhnəsində Şekspirin "Otello” faciəsi səhnələşdiriləcək.

    İ.Həsənov əlavə edib ki, "Otello" tamaşasının hazırlanması haqqında xəbər mətbuatda yayıldıqdan sonra, həm yerli, həm də xarici teatr menecerləri artıq layihə ilə maraqlanmağa başlayıblar.

    Hazırda teatrda gərgin məşqləri gedən yeni tamaşanı ukraynalı rejissor Arkadiy Neputaliuk hazırlayır. Tamaşa N.Qoqolun "Ölü canlar" əsərinin motivləri əsasında səhnələşdirilir və "Çiçkovun sərgüzəştləri” adı ilə səhnəyə qoyulacaq. Tamaşanın noyabrın sonunda hazır olacağı gözlənilir. Oqtay Mehtiyev, Cəlal Məmmədov, Namis Şirməmmədov və digər aktyorların rol aldığı tamaşaya sumqayıtlılar dekabrın əvvəlində baxa biləcəklər.

    Qeyd edək ki, hər iki qonaq indiyədək Bakı və Lənkəran şəhərlərində olsalar da, Sumqayıta ilk dəfədir gəlirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi