Yuxarı

​"Sarı gəlin" mahnısı ilk dəfə olaraq Çin dilində ifa olunub

ADU-nun tələbələri Çin səfirliyini ziyarət ediblər

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan Dillər Universitetinin (ADU) Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının bir qrup müəllim və tələbə heyəti Çinin Azərbaycandakı səfirliyində Ənənəvi Çin Yeni ili - Bahar bayramına həsr olunmuş bayram tədbirində iştirak ediblər.

ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən “Report”a verilən məlumata görə, tədbirdə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov Çin diplomatlarını bayram münasibəti ilə təbrik edib.

Sonra ADU-nun Çinşünaslıq ixtisasının tələbələrinin təqdimatında rəngarəng bədii proqram nümayiş olunub. "Böyük Çin", “Tələbə yoldaşı”, “Gözəl günlər”, “Alma” və digər Çin xalq mahnıları və rəqsləri ifa olunub, həmçinin Azərbaycan xalq mahnısı “Sarı gəlin” ilk dəfə olaraq Çin dilində səsləndirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi