Yuxarı

Leopold ​Rostropoviçin anadan olmasının 123 illiyi ilə bağlı tədbir keçiriləcək

Tədbirdə 21 saylı musiqi məktəbinin şagirdləri çıxış edəcəklər

Bakı. 20 fevral. REPORT.AZ/ Fevralın 25-də, saat 12:00-da Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin və M. Rostropoviçin Sankt-Peterburqda yerləşən arxivinin birgə təşkilatçılığı ilə tədbir keçiriləcək.

"Report" Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, tədbir violonçelist Leopold Rostropoviçin anadan olmasının 123 illiyinə həsr olunub.

Tədbirdə respublika və beynəlxalq müsabiqələr laureatları - L. və M.Rostropoviçlərin adını daşıyan 21 saylı musiqi məktəbinin şagirdləri olan istedadlı musiqiçilərin ifasında maraqlı konsert proqramı səslənəcək.

Tədbirdə Sankt-Peterburqda yerləşən Rostropoviç-Vişnevskaya arxivinin baş arxivariusu Larisa Çirkova tədbirin qonaqları qarşısında L.Rostropoviçin yaradıcılığında yer alan əsas bəstələrindən bəhs edən onlayn-məruzə ilə çıxış edəcək.

Bununla yanaşı muzeyin fondundan olan L.Rostropoviçin həyat və yaradıcılığını əks etdirən sərgidə ilk dəfə olaraq L.Rostropoviçin Azərbaycana həsr etdiyi əsərin not əlyazması və slayd-şou nümayiş olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi