Yuxarı

​QHT-lər tərəfindən keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi ilə bağlı yeni tələb müəyyənləşib

Dəyişikliklər mədəniyyət sahəsində keçirilən tədbirlərə şamil edilib

Bakı. 10 mart. REPORT.AZ/ Nazirlər Kabineti “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nda dəyişiklik edib.

“Report”un xəbərinə görə, komissiyanın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır, qərarları sadə səs çoxluğu ilə qəbul edilir və protokolla rəsmiləşdirilir. Komissiya öz iş qaydasını müəyyən edir.

Mədəniyyət sahəsində QHT-nin fəaliyyətinin dəstəklənməsi məqsədi ilə hər il yanvarın 31-dək nazirlik tərəfindən Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırıldıqdan sonra tədbirlər müəyyən edilir. Bu tədbirlərin siyahısı və həmin tədbirlərdə iştirak etmək niyyətində olan QHT-lər arasında müsabiqənin keçirilməsi barədə elan və müsabiqə şərtləri 3 iş günü müddətində nazirliyin rəsmi elektron saytında dərc edilir.

Dəyişikliyə əsasən, komissiya buna uyğun olaraq, müsabiqədə iştirak edən qeyri-hökumət təşkilatları barədə məlumatları rəyin bildirilməsi üçün Şuraya təqdim edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi