Yuxarı
    Bağlamaq

    "Qadın fermer təsərrüfatları: problemlər, təşəbbüslər və uğurlar" layihəsi yekunlaşıb

    İkiaylıq layihə çərçivəsində Masallı, Tərtər, Salyan, Neftçala, Qusar, Biləsuvar və s. rayonlarda fəaliyyət göstərən qadın fermerlər araşdırılıb

    Bakı. 14 dekabr.REPORT.AZ/ Qadın Konsensus Mərkəzi "Qadın fermer təsərrüfatları: problemlər, təşəbbüslər və uğurlar" mövzusunda layihəsinə yekun vurub.

    "Report" xəbər verir ki, tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Fazil Mustafa, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri, kənd təsərrüfatı, sahibkarlıqla məşğul olan şəxslər, iqtisadçılar və s. iştirak ediblər.

    İki ay davam edən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşıb.

    Layihənin məqsədi kənd rayonlarında qadın fermer təsərrüfatlarının inkişafına yardım etmək üçün onların problemlərinin araşdırılması, dövlət qurumları ilə əlaqələrinə kömək etmək və onların uğur hekayələrinin mediada işıqlandırılması olub. Bu çərçivədə Masallı, Tərtər, Salyan, Neftçala, Qusar, Biləsuvar və s. rayonlarda fəaliyyət göstərən qadın fermerlər araşdırılıb.

    Tədbirdə problemlərin həlli yolları haqqında müzakirələr aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi