Yuxarı
    Bağlamaq

    ​Səfir Polad Bülbüloğlu Rusiya xalqlarının festivalında iştirak edib

    Festivala Azərbaycandan milli xoreoqrafiya kollektivi də qatılıb

    Bakı. 24 dekabr. REPORT.AZ/ Bu günlərdə Moskvanın Regionlararası əməkdaşlıq, milli siyasət və dini qurumlarla əlaqələr Departamentinin paytaxtın dini təşkilatları və "Veçernaya Moskva" qəzeti ilə birgə həyata keçirdiyi unikal birgə layihənin bir mərhələsi kimi Rusiya xalqlarının festivalı keçirilib.

    "Report" xəbər verir ki, festivalda rəsmi şəxslər, o cümlədən ölkə səfirləri, regionların Moskvadakı səlahiyyətli nümayəndəliklərinin rəhbərləri, həmçinin Tatarıstan, Mordoviya, Çuvaşiya, Başqırdıstan, Kareliya, Azərbaycan, Belarus, Serbiya, Özbəkistan və Ukraynadan olan milli xoreoqrafiya kollektivləri iştirak ediblər.

    Tədbirdə azərbaycanlıları Azərbaycanın Rusiyadakı səfiri, tanınmış Sovet və Azərbaycan müğənni və bəstəkarı Polad Bülbüloğlu təmsil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi