Yuxarı
    Bağlamaq

    Musiqili Teatrda turizm şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

    Teatr yeni layihəyə start verib

    Bakı. 20 fevral. REPORT.AZ/ Musiqili Teatrı yeni layihəyə start verib.

    Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, teatrda ölkədə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin nümayəndələri ilə "dəyirmi masa" arxasında görüş keçirilib.

    Səmimi şəraitdə keçən görüşdə Mədəniyyət və Turizm Nazirliyi Turizm Sənayesi ilə İş Sektorunun müdiri Bəxtiyar Qılıncov, Turizm Sənayesi ilə İş Sektorunun məsləhətçisi Rüstəm Mehtizadə ilə yanaşı, bir sıra turizm şirkətlərinin rəhbərləri - Əziz Şiriyev (“BakuTravel-Tourism”), Ülvi Süleymani (“ViaCaucasus”), Nərmin Məmmədova (“Master Travel”), Sənan Şıxəliyev (“Victory Tour”), Əminə Məmmədova (“Benefit Travel”), Cavad Cavadov (“ALDE Tour”), Səbinə Nəsirova, Nizami Həsənov (“Aristokrat Travel”) və başqaları iştirak ediblər. Teatrın direktoru Əliqismət Lalayev görüşün mədəni turizmin inkişafına böyük təsiri ola biləcəyini söyləyib : “Təklif edərdim ki, gələcəkdə təşkil edəcəyiniz ekskursiya turlarına Musiqili Teatrın binasını da əlavə edəsiniz. Bu və digər məsələləri reallaşdıra bilsək, əməkdaşlığımızı genişləndirsək, ən azı mədəniyyətimizin təbliği baxımından bu, çox mühüm bir addım olar."

    Mədəniyyət və Turizm Nazirliyi Turizm Sənayesi ilə İş Sektorunun müdiri Bəxtiyar Qılıncov tərəflər arasında əməkdaşlığın baş tutması və daha da genişlənməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin hər cür dəstək verəcəyini söyləyib.

    Sonda qonaqlar tamaşaçılarla birlikdə Xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan bəstəkarı Firudin Allahverdi olan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasını izləyiblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi