Yuxarı
    Bağlamaq

    ​Özbəkistanda Azərbaycan multiplikasiya filmlərinin təqdimatı olub

    Azərbaycanın Özbəkistandakı səfirliyinin təşəbbüsü ilə filmlər özbək dilinə tərcümə edilib

    Bakı. 10 oktyabr. REPORT.AZ/ Özbəkistan paytaxtı Daşkənddə Azərbaycan multiplikasiya filmlərinin təqdimatı keçirilib.

    "Report"un məlumatına görə, təqdimat mərasimində Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri, Respublika Uşaq Kitabxanasının (RUK) nümayəndələri, Daşkəndin orta məktəblərində təhsil alan şagirdlər iştirak ediblər.

    Tədbirdə çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, azərbaycanlı uşaqlar çox sevilən “Tıq-tıq xanım”, “Meşəyə insan gəlir”, “Qız qalası” və “Kirpi” multiplikasiya filmlərini göstərəcəklər.

    RUK-un direktoru Qulnoza Nərimanova belə tədbirlərin tez-tez keçirilməsinin əhəmiyyətindən danışıb.

    Nümayiş olunan filmlər uşaqların böyük marağına səbəb olub.

    Qeyd edək ki, filmlər Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə özbək dilinə tərcümə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi