Yuxarı

​Məşhur türk aktrisası Azərbaycanı təhqir edib

Müjdə Ar “Hürriyet” qəzetinə müsahibəsində Azərbaycanda verilən diplomları dəyərsiz adlandırıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Türkiyənin məşhur aktrisası Müjdə Ar Azərbaycanın ünvanına xoşagəlməz ifadə işlədib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Müjdə Ar “Hürriyet” qəzetinə müsahibəsində Azərbaycanda verilən diplomların heç bir dəyərinin olmadığını bildirib.

Əvvəlcə qəzetin "Siyasətlə məşğul olmaq barədə düşünürsünüzmü?" sualını cavablandıran aktrisa, növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirib. Daha sonra o, Türkiyədə dövlət başçısı üçün tikilən Ağ sarayla bağlı fikrini bölüşüb. Müjdə Ar prezident seçiləcəyi təqdirdə, bu sarayı çəkiliş meydançasına çevirəcəyini vurğulayıb.

Diplomu belə olmayan və əsasən 1980-ci illərdə çəkilən türk filmlərində açıq-saçıq səhnələri ilə yadda qalan aktrisa, jurnalistin "bunu necə edəcəksiniz?" sualına heç düşünmədən "Azərbaycandan dəyərsiz diplom almaqla", - deyə cavab verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi