Yuxarı

Moskvada "Qorxma mən səninləyəm 1919" filminin nümayişi başlayır

Filmin ilk premyerası bu gün olacaq

Bakı.17 noyabr. REPORT.AZ/ Bu gündən başlayaraq C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası və Rusiyanın “Vayt Media” kino şirkətinin birgə istehsalı olan “Qorxma, mən səninləyəm! 1919” filminin Moskva şəhərinin “Rusiya” teatrında premyerası olacaq.

"Report" xəbər verir ki, bu barədə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının yaydığı məlumatda bildirilir. 

Ekran əsərinin təqdimatında iştirak etmək üçün baş rolları canlandıran Eldar Qasımov, Bəhram Bağırzadə, filmin icraçı prodüseri Nadir Əliyev Bakıdan Moskvaya yola düşüblər.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə lentə alınan filmin ssenari müəllifi və quruluşçu rejissoru Yuli Qusman, quruluşçu operatoru Vadim Alisov, quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov, bəstəkar Polad Bülbüloğlu, icraçı prodüseri Nadir Əliyev, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.

Filmdə baş rolları məşhur azərbaycanlı və rusiyalı aktyorlar Polad Bülbüloğlu, Lev Durov, Muxtarbek Kantemirov, Bəhram Bağırzadə, Mixail Yefremov, Kristina Güləliyeva, Eldar Qasımov, Teymur Bədəlbəyli, Həmidə Ömərova, Məbud Məhərrəmov, Zaur Şəfiyev, Nuriyə Əhmədli, Edqar Zapaşnıy, Vladimir Dolinskiy, Yuri Kobaladze və digərləri canlandırıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi