Yuxarı

​Mister Bin Uinston Çörçill və Çarli Çaplindən daha məşhurdur

O, hətta The Beatles qrupunu da arxada qoyub

Bakı. 11 noyabr. REPORT.AZ/ Aktyor Rouen Atkinson tərəfindən uydurulmuş Mister Bin obrazı Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçill, İngiltərə şəhzadəsi Diana və gülüş ustası Çarli Çaplindən daha məşhurdur.

"Report" xəbər verir ki, bunu "Ipsos MORI" araşdırma mərkəzinin Britaniya şurası üçün dünyanın müxtəlif ölkələrindən olan 5 min nəfər arasında apardığı sorğunun nəticələri göstərib.

Bundan əlavə, bu obraz əfsanəvi "The Beatles" kvartetinin iştirakçıları olan Con Lennon və Pol Makkartinidən də məşhur imiş.

Siyahının birinci pilləsində ingilis şair və dramaturq Uilyam Şekspir, ikinci yerdə kraliça II Yelizaveta, üçüncü yerdə isə futbolçu Devid Bekhem qərarlaşıb. Reytinqin ilk onluğuna, həmçinin yazıçı Coan Roulinq və müğənni Adel də daxil olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi