Yuxarı

Misirdə Roma imperatoru Mark Avreliyanın büstü tapılıb

Misirdə Roma imperatoru Mark Avreliyanın büstü tapılıb
İndiyədək bu imperatorun heykəltaraşlıq təsvirlərinə Misir ərazisində rast gəlinməyib

Bakı. 22 aprel. REPORT.AZ/ Misirin cənubunda yerləşən qədim Kom-Ombo məbədində arxeoloqlar tərəfindən aparılan təmir işləri zamanı Roma imperatoru Mark Avreliyanın büstü tapılıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Maddi Mədəniyyət İşləri üzrə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, artefaktın nadirliyi ondan ibarətdir ki, bu imperatorun heykəltaraşlıq təsvirlərinə Misir ərazisində demək olar ki, rast gəlinməyib.

Qədim Misir Departamentinin rəhbəri Ayman Aşmauinin sözlərinə görə, hökmdarın qıvrımsaçlı və saqqalı başının təsvir edildiyi tapıntının ölçüləri 40/34 santimetrdir. Həmçinin qeyd olunur ki, onun yaxınlığında qumdaşından düzəldilmiş başsız heykəl hissəsi tapılıb. Hazırda alimlər bu tapıntıları tutuşdurmağa çalışır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi