Yuxarı

​Misirdə Musa peyğəmbər haqqında filmin nümayişi qadağan olunub

Dövlət senzuraçıları öz qərarlarını tarixi qeyri-dəqiqliklərin aşkarlanması ilə izah ediblər

Bakı. 27 dekabr. REPORT.AZ/ Misir hakimiyyəti Hollivudun Musa peyğəmbər (ə) haqqında çəkdiyi yeni Bibliya dastanı - "Nəticə: hökmdarlar və allahlar" filminin ölkə kinoteatrlarında nümayişinə qadağa qoyub.

"Report" BBC-yə istinadən xəbər verir ki, dövlət senzuraçıları öz qərarlarını tarixi qeyri-dəqiqliklərin aşkarlanması, xüsusilə də, Misir ehramlarının yəhudilər tərəfindən tikilməsi ehtimallı ilə izah ediblər.

Misirin mədəniyyət naziri bildirib ki, film tarixi hadisələri sionist nöqteyi nəzərindən diqtə edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi