Yuxarı

Məşhur opera müğənnisi Dmitri Xvorostovski vəfat edib

Məşhur opera müğənnisi Dmitri Xvorostovski vəfat edib
O, uzun sürən xəstəlikdən sonra 56 yaşında dünyasını dəyişib

Bakı. 22 noyabr. REPORT.AZ/ Məşhur opera müğənnisi Dmitri Xvorostovski Londonda vəfat edib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" rusiyalı müğənni Dmitri Malikova istinadən məlumat verib.

"Onun yaxın olan və son vaxtlar orada onunla olan mahnılarımın sözlərinin müəllifi Liliya Vinoqradova xəbər göndərib. Xvorostovski London vaxtl ilə səhər saat 3:36-da vəfat edib", - Malikov deyib.

Xvorostovski uzun sürən xəstəlikdən sonra 56 yaşında dünyasını dəyişib. 2015-ci ilin iyun ayının sonunda uzun illərdir Londonda yaşayan müğənni beynin xərçəngindən əziyyət çəkdiyini açıqlayıb.

O, 1989-cu ildə Kardiff şəhərində keçirilən BBC-nin "Dünyanın müğənnisi" televiziya müsabiqəsində "Ən yaxşı səs" tituluna layiq görülərlərək baş mükafata sahib çıxmaqla dünyada tanınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi