Yuxarı

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi sahələrinə ayrılan vəsait artırılıb

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi sahələrinə ayrılan vəsait artırılıb
Bu sahələrin maliyyələşdirilməsinə gələn il üçün 304.3 milyon vəsait ayrılıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Gələn il üçün mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətin maliyyələşdirilməsi üçün 304.3 milyon vəsait ayrılıb.

“Report” xəbər verir, bu, Azərbaycan Respublikasının 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində öz əksini tapıb.

Layihədə qeyd olunub ki, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi  və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1.5 faiz olmaqla, mütləq ifadədə 304.3 milyon təşkil edəcək. 

Bu da 2017-ci il ilə müqayisədə 21.88 milyon manat və ya 7.7 faiz çoxdur.

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üzrə ayrılan vəsaitin 127,8 milyon manatı və ya 42,0 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyət xərclərinə, 57,7 milyon manatı və ya 19,0 faizi radio, televiziya və nəşriyyat xərclərinə, 44,6 milyon manatı və ya 14,6 faizi bədən tərbiyəsi, gənclər siyasəti, turizmin maliyyələşdirilməsinə və 74,2 milyon manatı və ya 24,4 faizi digər kateqoriyalara aid edilməyən fəaliyyət xərclərinə yönəldiləcək.

2018-ci il dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üzrə dövlət proqramlarının və ünvanlı tədbirlərin maliyyələşdirilməsi üçün 77,8 milyon manat (əvvəlki illə müqayisədə 15,0 milyon manat və ya 23,9 faiz çox), o cümlədən teatr və konsert müəssisələrində yaranmış zərərin ödənilməsi xərcləri üçün 16,8 milyon manat (əvvəlki illə müqayisədə 1,4 milyon manat və ya 9,3 faiz çox), “Azərbaycan teatrı 2009- 2019-cu illərdə Dövlət Proqramı”nın icrasına 1,0 milyon manat, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasına 1,5 milyon manat (əvvəlki illə müqayisədə 0,5 milyon manat və ya 49,8 faiz çox), xarici populyar televiziya şirkətləri vasitəsilə ölkənin turizm imkanlarının təbliğinə 3,5 milyon manat, tərcümə işinin mərkəzləşdirilmiş qaydada aparılmasının təmin edilməsi, təkmilləşdirilməsi və tənzimlənməsi, habelə digər tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclərə 0,3 milyon manat, xarici ölkələrdə mədəniyyət mərkəzlərinin saxlanılması ilə baglı xərclərə 3,4 milyon manat, mədəniyyət obyektlərinin maddi-texniki təminatının möhkəmləndirilməsinə 35,1 milyon manat (əvvəlki illə müqayisədə 6,7 milyon manat və ya 23,8 faiz çox), digər mədəniyyət və idman tədbirlərinə 16,2 milyon manat vəsait nəzərdə tutulub. 

İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi məqsədilə incəsənət xadimləri üçün hər biri ayda 500 manat olmaqla Azərbaycan Respublikası Prezidentinin 130 mükafatı təsis edilib. Həmin mükafatların sayı 2018-ci ilə 150 mükafat müəyyən edilməklə maliyyə təminatına tələb olunan vəsait Mədəniyyət və Turizm Nazirliyi üçün proqnozlaşdırılıb. 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi üçün növbəti ilin dövlət büdcəsi layihəsində 5,0 milyon manat vəsait proqnozlaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi