Yuxarı

​Kventin Tarantino Nyu-Yorkda polis qəddarlığına qarşı aksiyada iştirak edib

Mən qurbanların tərəfində olduğumu demək üçün buradayam

Bakı. 25 oktyabr. REPORT.AZ/ Rejissor Kventin Tarantino polis qəddarlığına qarşı kütləvi etiraz aksiyasında iştirak etmək məqsədi ilə Kaliforniyadan Nyu-Yorka uçub.

"Report" xəbər verir ki, bu barədə "New York Post" nəşri yazıb.

"Mən şüurlu insanam. Əgər sən qətlin necə baş verdiyini görürsənsə, ayağa qalxıb müqavimət göstərməlisən. Mən hadisə qurbanlarının tərəfində olduğumu söyləmək üçün buradayam", — deyə Tarantino bildirib.

Nümayişdə ümumilikdə bir neçə yüz insan iştirak edib. Onlar yürüş edərək şüarlar səsləndiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi