Yuxarı
    Bağlamaq

    Kukla Teatrında Beynəlxalq Autizm Günü qeyd olunacaq

    Tədbirdə autizm sindromu ilə bağlı  “Əlimdən tut” adlı sözsüz tamaşa təqdim olunacaq

    Bakı. 3 aprel. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aprelin 5-də Beynəlxalq Autizm Günü münasibətilə adlı tədbir-tamaşa baş tutacaq.

    Teatrın mətbuat xidmətindən  "Report"a  verilən məlumata görə, tədbirdə autizm sindromu ilə bağlı Şərqdə ilk dəfə olaraq “Əlimdən tut” adlı sözsüz tamaşa təqdim olunacaq.

    Kukla Teatrı ilə Müasir Psixologiya Mərkəzinin birgə layihəsi olan tədbirdə bu mövzuda il ərzində aktivlik nümayiş etdirən bir neçə tanınmış şəxsə “Autizm uşaqların dostu” mükafatı da təqdim olunacaq.

    Tamaşada teatrın aparıcı aktrisası Cəmilə Allahverdiyeva, teatrın nəzdində “Oyuq” teatr-studiyasının balaca aktyorları və autizm sindromlu uşaqlar da iştirak edəcək.

    Müəyyən inkişaf məşğələləri keçən bu sindromlu uşaqlar ilk dəfə səhnəyə çıxaraq öz yaşantılarını hərəkətlərin dili ilə tamaşaçılara çatdırmağa çalışacaqlar.

    İdeyası ssenarist-rejissor Səidə Haqverdiyevaya məxsus 15 dəqiqəlik sözsüz tamaşanın sonunda sırf bu uşaqlara həsr olunan mahnı-himn (sözləri Cəmilə Allahverdiyeva, musiqisi Vüqar Camalzadə) də təqdim olunacaq.

    Səhnə işinin quruluşçu rejissoru Cəmilə Allahverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.

    Tədbir-tamaşanın təşkilində məqsəd autizm uşaqların cəmiyyətə adaptasiya olunması, onların insanlara daha da yaxınlaşdırılması və qazandırılmasıdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi