Yuxarı

​Kazanda Təbriz mədəniyyəti həftəsi keçiriləcək

Tədbir çərçivəsində Təbrizdən Tatarıstana rəsmi nümayəndə heyəti gedəcək

Bakı. 31 yanvar. REPORT.AZ/ 2-4 fevral tarixlərində Kazanda İran İslam Respublikasının Şərqi Azərbaycan əyalətinin (Cənubi Azərbaycan) Təbriz şəhərinin mədəniyyət həftəsi keçiriləcək.

"Report" xəbər verir ki, tədbir çərçivəsində Təbrizdən şəhər meri Sadiq Nəcəfi Xəzərlinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Tatarıstana gedəcək.

Açılış mərasimi fevralın 2-də S.Saydaşev adına Dövlət Böyük konsert zalında olacaq. Orada Şərqi Azərbaycan əyalətinin incəsənət ustalarının böyük konserti keçiriləcək. Fevralın 3-də "Xəzinə" milli bədii qalereyasında Şərqi Azərbaycanın bədii xalq sənəti və turizm potensialı sərgisi açılacaq.

Həftə Tatarıstan Xalqlarının Dostluq Evində incəsənət ustalarının çıxışı ilə yekunlaşacaq.

Təbriz şəhəri İranda yaşayan 30 milyon azərbaycanlının mədəni, iqtisadi və siyasi paytaxtıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi