Yuxarı

JTI şirkətinin dəstəyi ilə Azərbaycan musiqiçiləri Astanada beynəlxalq festivalda iştirak ediblər

Cəngi” qrupu Azərbaycan muğam və cazının sintezindən ibarət musiqi parçaları ifa edib

Bakı. 8 iyun. REPORT.AZ/ "Japan Tobacco International" (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə “Cəngi” estrada folklor ansamblı Qazaxıstanın Astana şəhərində keçirilən “Astana Axşamları” beynəlxalq festivalında iştirak edib. Sayca 10-cu yubiley festivalının bağlanış günündə, iyunun 7-də Astananın Sülh və Əmin-Amanlıq Sarayında keçirilən konsertdə “Cəngi” qrupu Qazaxıstan tamaşaçıları və festivalda iştirak edən qonaqlar üçün Azərbaycan muğam və cazının sintezindən ibarət musiqi parçaları ifa edib, səhnəni qazaxıstanlı ifaçılarla da paylaşıblar. JTİ-dan "Report"a daxil olan məlumata görə, azərbaycanlı musiqiçilərin ifasını konsert zalında 800-ə yaxın tamaşaçı izləyib.

“Astana Axşamları” beynəlxalq festivalı Qazaxıstanın “Deqdar” Humanitar Fondu tərəfindən JTI şirkətinin dəstəyi ilə hər il keçirilir. İyunun 1-7-də keçirilən builki festivalda ABŞ, Almaniya, Rusiya, Belarus, Qazaxıstan və Azərbaycan musiqiçiləri iştirak ediblər. 2014-cü ildə Azərbaycan muğam ifaçıları da JTI şirkətinin dəstəyi ilə bu festivalda iştirak ediblər. Bu il isə Azərbaycan musiqiçilərinin festivalda iştirakı “Deqdar” fondu ilə Beynəlxalq Muğam Mərkəzinin əldə etdiyi razılaşma əsasında mümkün olub.

“Cəngi” estrada folklor ansamblı 1992-ci ildə məşhur caz pianoçusu, bəstəkar və Azərbaycanın xalq artisti Rafiq Babayev tərəfindən yaradılıb. Ansambl muğamı müxtəlif musiqi növləri – caz, rok və s. ilə sintez şəklində təbliğ edir. İndiyədək ansambl Fransa, Norveç, ABŞ və Türkiyədə Azərbaycan musiqisini təmsil edib. Ansamblın bədii rəhbəri Mircavad Cəfərovdur.

Qeyd edək ki, JTI (JapanTobacco) Tütün Şirkətləri Qrupunun üzvü olmaqla aparıcı beynəlxalq tütün məhsulları istehsalçısıdır. Mənzil-qərargahı Cenevrədə (İsveçrə) yerləşən JTI 120-dən ölkədə fəaliyyət göstərir və şirkətdə 26 min nəfər çalışır. JTI (www.jti.com) Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi