Yuxarı

​İndoneziyada "Müsəlman dünyasının gözəli" müsabiqəsi keçirilib

Qalib Məkkəyə iki nəfərlik Ümrə ziyarəti imkan qazanıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Bir neçə gün əvvəl İndoneziyada "Müsəlman dünyasının gözəli-2014" müsabiqəsinin final mərhələsi keçirilib.

"Report" xəbər verir ki, müsabiqənin baş mükafatı Tunisdən olan 25 yaşlı Fatimə bint Quafraşa nəsib olub.

Qalib mükafat qismində Məkkəyə iki nəfərlik Ümrə ziyarəti imkanı, qızıl dinar, 10 min dollar və qızıl saat əldə edib.

Müsabiqədə 18 qadın iştirak edib. Onlar adi həyatda müəllimə, həkim və ya alim kimi fəaliyyət göstərirlər. Onlar müsabiqədə Qurandan surələr də oxuyublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi