Yuxarı
    Bağlamaq

    ​I Şəki Beynəlxalq Teatr Festivalına start verilib

    Şəki İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkil etdiyi I Şəki Beynəlxalq Teatr Festivalına start verilib

    Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Şəki İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkil etdiyi I Şəki Beynəlxalq Teatr Festivalına start verilib. Bu barədə Report-a Azərbaycan Dövlət Musiqili Teatrından məlumat verilib. Məlumatda bildirilib ki, teatr bu festivalda Ə.Haqverdiyevin “Kimdir müqəssir” tamaşası ilə təmsil olunacaq. Proqrama əsasən, sentyabrın 19-da, yəni festivalın bağlanış mərasimində kollektiv bu tamaşa ilə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının səhnəsində çıxış edəcək.

    Məlumatda qeyd olunub ki, teatrın yaradıcı heyəti sentyabrın 18-də Şəkiyə yola düşəcək və görkəmli gülüş ustası Lütfəli Abdullayevin 100 illik yubileyində və sənətkarın büstünün açılış mərasimində iştirak edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi