Yuxarı

Hollivudun məşhur prodüsseri vəfat edib

Marş karyerasına 2001-ci ildə son qoyub

Bakı. 13 yanvar. REPORT.AZ/ Britaniyalı quruluşçu rəssam, ikiqat Oskar mükafatı laureatı Terens Marş Kaliforniyadakı evində vəfat edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, onun uzun illər xərçəng xəstəliyi ilə mübarizə apardığı bildirilir.

T.Marş “Şouşenqdən qaçış”, “Qırmızı oktyabrın ovu” və “Yaşıl mil” filmlərin art-direktoru olub. “Doktor Jivaqo”(1965) və “Oliver”(1968) filmlərdəki işinə görə rəssam iki Oskar mükafatına layiq görülüb.

T.Marş karyerasına 2001-ci ildə son qoyub. Onun son filmi “Pik saatı-2” filmi olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi