Yuxarı

Bakıda "Azərbaycan Xalçaları Gürcüstan Milli Muzeyindən" adlı kataloqun təqdimatı keçiriləcək

Sərginin açılışı Xalça Muzeyində olacaq

Bakı. 19 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Xalça muzeyində "Azərbaycan Xalçaları Gürcüstan Milli Muzeyindən" adlı kataloqun təqdimat mərasimi keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm nazirliyinin yaydığı məlumatda bildirilib.

Bu gün Azərbaycan xalçalarının bir çox dünya muzeylərində Qafqaz xalçaları adı ilə təqdim edildiyi halda, Gürcüstan Milli Muzeyi Azərbaycan xalçalarının milli mənsubiyyətini qoruyaraq nümayiş etdirən bir muzeydir.
Bu səbəbdən Kataloqun hazırlanmasında müəlliflər - Gürcüstan Milli Muzeyinin baş kuratoru Eldar Nadiradze, Nodar Axalkatsi, M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva, elmi redaktoru Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevanın müstəsna rolu vardır.

Kataloq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstandakı Nümayəndəliyinin (SOCAR) dəstəyi ilə nəşr edilib.

Qeyd edək ki, Maddi mədəniyyətimizin çox qiymətli nümunəsi olan Azərbaycan xalçası təkcə xalqımız üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə 2010-cu il 16 noyabr tarixində Keniyanın Nayrobi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi mədəni irs üzrə hökumətlərarası komitəsinin V sessiyasında Azərbaycan xalçasının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi ölkəmizin böyük uğurudur.
Azərbaycan xalçasının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsi məhz Azərbaycanda ilk dəfə olaraq "Azərbaycan Xalçası Günü" bayram kimi qeyd edilməsinə səbəb oldu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi