Yuxarı

Gəncədə Azərbaycan, Türkiyə və Özbəkistan mətbəxi təqdim olunub

Hər bir ölkə öz təamlarınıi təqdim etdikdən sonra milli musiqi və rəqs nömrələri ilə çıxış edib

Gəncə. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan, Türkiyə və Özbəkistan mətbəxi Gəncə şəhərində keçirilən Türk Şurasının Gənclər Festivalı çərçivəsində təqdim olunub. 

"Report" xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Yaponiyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi, Gənclər və İdman Nazirliyinin rəsmiləri iştirak ediblər.

Türkiyənin müxtəlif ləziz təamları ilə yanaşı, "Osmanlı şərbəti", Özbəkistan təmsilçilərinin növbənöv çörəkləri və başqa un məmulatları tədbir iştirakçıları tərəfindən bəyənilib.

Hər bir ölkə öz təamlarını təqdim etdikdən sonra milli musiqi və rəqs nömrələri ilə çıxış edib. Özbəkistan təmsilçisi Azərbaycanın dahi bəstəkarı Rəşid Behbudovun "Yalqızam yalqız" mahnısını ifa edib.

Xatırladaq ki, Gəncə 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi