Yuxarı

Əbülfəs Qarayev Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək
Qəbul yanvarın 26-da saat 11:00-da Sumqayıt şəhərində baş tutacaq

Bakı. 23 yanvar. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yanvarın 26-da saat 11:00-da Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutacaq qəbulda (9-cu mkr., Z.Hacıyev küçəsi, Heydər Əliyev parkı) Abşeron, Xızı, Zəngilan, Qubadlı, Şuşa rayonlarından və Sumqayıt şəhərinin  vətəndaşlar iştirak edəcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Sıra №-si Şəhər (rayon) əlaqələndirici şəxs əlaqə telefonu
1. Sumqayıt şəhəri Mehman Şükürov (050) 319-18-25 (018) 654-46-51
2. Abşeron rayonu İlham Manafov (050) 314-89-86 (012) 342-11-32
3. Xızı rayonu Möhsün Bağırov (070) 604-22-66 (02331) 5-03-45
4. Qubadlı rayonu İlham Əhmədov (055) 359-39-39 (018) 644-52-24
5. Şuşa rayonu Zahid Abbasov (050) 221-30-09 (012) 567-88-74
6. Zəngilan rayonu Mehman Nəsirov (050) 635-98-82 (012) 341-40-20
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi