Yuxarı
    Bağlamaq

    “CinemaPlus”da “Amerika pastoralı” filminin qapalı nümayişi təşkil olunub

    “Amerika pastoralı” filmi “Cinemazadeh” studiyasında dublyaj olunub

    Bakı. 3 dekabr. REPORT.AZ/ Premium kinoteatr “CinemaPlus”da azərbaycanlı aktyorların iştirakı ilə Azərbaycan dilində “Amerika pastoralı” Hollivud filminin premyera öncəsi qapalı nümayişi təşkil olunub.

    "Report"un xəbərinə görə, filmin mövzusuna uyğun bəzədilmiş foyedə qonaqlar üçün furşet təşkil olunub. Kinoteatrın qonaqları şou biznes ulduzları, məşhur jurnalistlər, bloqqerlər və iri şirkət sahibləri olunub.

    “Amerika pastoralı” filmi “Cinemazadeh” studiyasında dublyaj olunub. Dublyajın rejissoru Cəfər Axundzadə, baş redaktor Xətai Əli, produser Tural Əsədov, səs rejissoru Orxan Həsənli, masterinq Azad Vəliyev, Post-prodakşn supervayzer Vüqar İslamzadədir.

    Filmin səsləndirilməsində Tural Əsədov, Pərvin Abıyeva, Oksana Rəsulova, Afaq Gəncəli, Səid Nizami, Gülnarə Zülalova, Ramil Zeynallı, Xətai Əli, Xumar Quluzadə, Xələf Cəfərov, həmçinin, Azərbaycan Respublikasının Xalq artisti Fuad Poladov iştirak edib.

    “Amerika pastoralı” filmi amerikalı yazıçı Filip Rotun eyni adlı romanı əsasında çəkilib. Filmdə nümunəvi amerikalı – qanuna tabe olan vətəndaş, sevən ər və qayğıkeş ata, atasının vəfatından sonra varisi olmuş öz fabrikində işləyən sahibkar haqqında danışılır. Amerika cəmiyyəti belələrin üzərində dayanır. 60-cı illər gəlir və sevimli qızı evdən qaçıb siyasi terror yoluna düşdükdən sonra bu iddiliya dağılmağa başlayır. Dramın rejissoru məşhurlaşmış şotland aktyoru Yuen MakQreqordu.

    Baş rollarda Yuen MakQreqor, Ceniffer Konnelli və Dakota Fannin çıxış edir.

    Film dekabr ayının 1-dən etibarən kinoteatrlarda nümayiş olunur.

    Tədbirin sponsorları Cinema Distribution, Kolorit və TNT-dir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi