Yuxarı

Bolqarıstanda Azərbaycanın musiqi mədəniyyəti və xalçaçılıq sənətinə dair konfrans keçirilib

Bolqarıstanda Azərbaycanın musiqi mədəniyyəti və xalçaçılıq sənətinə dair konfrans keçirilib
Tədbir Avropa Komissiyasının Sofiyadakı nümayəndəliyinin inzibati binasında baş tutub

Sofiya. 30 sentyabr. REPORT.AZ/ Avropa Komissiyasının Sofiyadakı nümayəndəliyinin inzibati binasında “Azərbaycan muzeyləri. Muzeylər – mədəni turizmin cəlbedici bir obyektidir” mövzusunda konfrans keçirilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Xalça Muzeyinin direktoru Şirin Məlikova və ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova iştirak edib.

Konfransda çıxış edən Alla Bayramova Azərbaycanın zəngin musiqi mədəniyyəti və musiqi alətləri barədə qonaqlara məlumat verib, “muğam, aşıq və tar ifaçılıq” sənətlərinin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salındığını diqqətə çatıdırb.

Öz növbəsində Şirin Məlikova da Azərbaycanın qədim xalçaçılıq ənənələrindən danışıb, Azərbaycan xalçalarının kompozisiya və ornament müxtəlifliyi baxımından seçildiyini və dünyanın bir çox ölkələrinin muzeylərində saxlandığını əlavə edib. Ş.Məlikova onu da bildirib ki, Azərbaycanın 1-ci vitse-prezidenti M.Əliyevanın təşəbbüsü ilə “Azərbaycanın xalçası” sənəti 2010-cu ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb.

Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş tədbirlər silsiləsindən olan konfrans iki ölkənin Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi, ölkəmizin Bolqarıstandakı səfirliyi və “199” Bolqarıstan mədəniyyət fondunun təşkilatçılığı ilə “Birləşmiş Avropa – Dünya mədəni irsi” mədəni layihəsi çərçivəsində keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi