Yuxarı
    Bağlamaq

    Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin nümayəndə heyəti Bakıda səfərdə olub

    Səfərin məqsədi 33-cü Dünya Konfransının təşkili ilə bağlıdır

    Bakı. 14 dekabr. REPORT.AZ/ Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin baş katibi Angela Ruggles və üzvləri Patrick Schmidt, Uğur Alpagut və İhsan Cem Tunçel Azərbaycanda səfərdə olublar.

    Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilib ki, səfərin məqsədi 2018-ci ildə İSME-nin (İnternational Society for Music Education) 33-cü Dünya Konfransının təşkili ilə bağlı olub.

    Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə və Nazirliyin digər əməkdaşları İSME-nin nümayəndələri ilə görüş keçirib. Görüş zamanı Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin 33-cü Dünya Konfransının Bakıda təşkili, tədbirin proqramı, qaydaları, keçirilmə yeri və bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.

    Qeyd olunub ki, Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin nümayəndə heyəti səfər çərçivəsində tədbirin keçiriləcəyi məkanların seçilməsi məqsədilə Heydər Əliyev Sarayı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında olublar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi