Yuxarı

Bakıda “Zaman və Teatr” mövzusunda elmi-praktiki konfrans keçirilib

Bakıda “Zaman və Teatr” mövzusunda elmi-praktiki konfrans keçirilib
Tədbirdə Azərbaycan teatrının inkişaf yolu müzakirə olunub

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Teatr Xadimləri İttifaqında milli teatrın yaranmasının 144 illiyi ilə əlaqədar “Zaman və Teatr” mövzusunda elmi-praktiki konfrans keçirilib.

“Report” xəbər verir ki, konfrans Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət və İncəsənət Universiteti və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, ölkənin müstəqilliyindən sonra inkişaf edən bu sahədə 2006-cı ildən dövlət başçısının sərəncamları ilə bir sıra islahatlar həyata keçirilib: “Bu illər ərzində bir çox teatrn binası yenidən qurulub, teatrlar lazımı avadanlıqlar, geyimlər, qrim əşyaları ilə təmin olunub. 88 teatr xadimi təqaüdə, yüzlərlə insan fəxri adlara layiq görülüb. Hazırda Azərbaycanda Dövlət Pantomima Teatrının təmiri də gündəmdədir və yaxın zamanda bu məsələyə də baxılacaq".

İlham Rəhimli teatrlarda olan aktyor, rejissor, dramaturqların birgə işində olan problemlərdən danışıb: “Rejissorlar bioqrafiya xatirinə əsərlər hazırlayırlar. Belə tamaşalar çox vaxt yaddaşlarda qalmır. Dramaturqların yazılarının bəyənilməməsinin səbəbi bir çoxlarının nəsrdən gəlməsidir. Eyni zamanda teatrlarda peşəkar teatrın müasir düşüncə tərzini anlaya biləcək rəssamlara ehtiyac var". 

Elmi-praktiki konfransda Azərpaşa Nemət, Fərəh Əliyeva, Məryəm Əlizadə, Aydın Talıbzadə, Vidadi Qafarov, Aidə Qafarova kimi mədəniyyət işçilərinin də fikirləri dinlənilib.

Konfransdan sonra Azərbaycan teatr sahəsində səmərəli fəaliyyətlərinə görə bir qrup incəsənət işçilərinə Mədəniyyət və Turizm Nazirliyinin “Əməkdar mədəniyyət işçisi” döş nişanı və Fəxri fərmanı təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi