Yuxarı

​Bakıda yaradılan muzey Avropanın "ən yaxşı muzeyi" adına namizəddir

Mükafata 21 ölkədən 42 muzey iddia edir

Bakı. 28 fevral. REPORT.AZ/ Bakıda Latviyanın "Dd studio" şirkəti tərəfindən yaradılan muzey Avropanın "ən yaxşı muzeyi" tituluna namizəddir.

"Report" "Tatar-inform"a istinadən xəbər verir ki, muzey "İlin Avropa muzeyi - 2015" mükafatına iddia edir.

Bu il mükafata 21 ölkədən 42 yeni muzeyin namizədliyi irəli sürülüb. Onların sırasında xüsusilə, Amsterdamda "Rijksmuseum" Milli İncəsənət Muzeyi, Marseldə Avropa və Aralıq dənizi sivilizasiyaları muzeyi, Belfastda "Titanik" muzeyi var.

Ötən il latviyalı mütəxəssislər Azərbaycanın YUNESKO-nun dünya irs siyahısına daxil edilən Qız qalası tarixi abidəsində daimi və rəqəmsal muzey ekspozisiyası hazırlayaraq istifadəyə veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi