Yuxarı
    Bağlamaq

    ​Bakıda Polad Bülbüloğlunun yubiley konserti keçirilib

    Heydər Əliyevin yeri bu gün çox görünür

    Bakı. 4 fevral. REPORT.AZ/ Bakıda Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli ictimai xadimi, müğənni, bəstəkar, xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 70 yaşının tamam olması münasibətilə yubiley konserti keçirilir.

    "Report" xəbər verir ki, konsert dirijoru xalq artisti Cavanşir Cəfərovun olduğu Azərbaycan Simfonik Orkestrinin müşayiəti ilə P.Bülbüloğlunun "Dolalay" mahnısının Azərbaycan və rus dillərində ifa edilməsi ilə başlayıb.

    Daha sonra P.Bülbüloğlu çıxış edərək bildirib ki, Heydər Əliyev Sarayı ona çox doğmadır, çünki ilk çıxışları elə bu səhnədə baş tutub. O, həmçinin qeyd edib ki, onun Sarayda baş tutan bütün tədbirlərində ulu öndər Heydər Əliyev iştirak edib: "Bu gün də zalın birinci sıralarına baxdıqda mənə elə gəlir ki, o, orada oturub, tamaşa edir. Onun yeri bu gün çox görünür".

    P.Bülbüloğlu xatırladıb ki, bu gün Prezidenti İlham Əliyev onu qəbul edərək, yubileyi ilə əlaqədar "Şərəf" ordenini təqdim edib.

    Daha sonra konsert P.Bülbüloğlunun repertuarından olan digər mahnıların ifası ilə davam edib.

    Qeyd edək ki, konsertin rejissoru xalq artisti Cənnət Səlimovadır.

    Konsertin fəxri qonaqları qismində isə SSRİ xalq artistləri İosif Kobzon, Nani Breqvadze, Jurabek Murodov, Rusiyanın xalq artistləri Lev Leşenko, Larisa Dolina, Zaur Tutov, Nikolay Baskov, Lyudmila Rümina, Yuri Antonov, Rusiyanın və Gürcüstanın xalq artisti Tamara Qverdsiteli, Özbəkistanın xalq artisti Fərrux Zakirov, Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze, Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, Azərbaycanın ictimai xadimləri iştirak edirlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi