Yuxarı

Bakıda "Muğamla Aralıq Dənizi Musiqisinin Görüşü" adlı konsert keçirilib

Tədbirdə ənənəvi İtaliya və Azərbaycan musiqiləri səsləndirilib

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakı Beynəlxalq Muğam Mərkəzində incəsənət sevərlər Azərbaycan və İtaliya musiqisinin dialoqunu dinləyiblər. "Report" xəbər verir ki, Azərbaycanın “Muğam Trio” qrupu və İtaliyanı "TA.MA. Trio" folklor musiqi qrupu "Muğamla Aralıq Dənizi Musiqisinin Görüşü" adlı ənənəvi İtaliya və Azərbaycan musiqi konserti ilə çıxış ediblər.

"JTI" (Japan Tobacco International) şirkəti, Beynəlxalq Muğam Mərkəzi və İtaliyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən musiqi gecəsini mədəniyyət və incəsənət sahəsinin görkəmli nümayəndələri, İtaliyanın Azərbaycandakı səfiri və diplomatik korpusun nümayəndələri, habelə tanınmış muğam ifaçıları və Azərbaycan və İtaliya musiqisinin çoxsaylı pərəstişkarları ziyarət ediblər.

Tədbirin açılışında çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo (Giampaolo Cutillo) qonaqları salamalayaraq, İtaliya-Azərbaycan mədəniyyəti, ənənələrinin musiqidə necə öz əksini tapdığı barədə qısa çıxış edib. O, tədbirin bu ilin son 3 ayında sayca üçüncü olduğunu qeyd edib və incəsənət sahəsində bu cür dostluq, səmimi əməkdaşlığa görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, musiqili gecə ümumilikdə 14-ə yaxın Azərbaycan və İtaliyan milli folklor mahnıları səslənib. "Muğam Trio” qrupunda xanəndələr Kamilə Nəbiyeva, Ehtiram Hüseynov, tarzən Malik Mansurov və kamança ifaçısı Elşən Mansurov çıxış ediblər. "TA.MA. Trio" folklor musiqi qrupunda isə vokalist və qaval ifaçıları Nando Citarella, Mauro Palmas, Gabriella Aiello ifa ediblər.

Konsertin musiqi konsepsiyası Azərbaycan-İtaliya Assosiasiyasının mədəniyyət üzrə əlaqələndiricisi, bəstəkar Stefani Muscaritolo və Kəmalə Əlizadəyə, bədii quruluşu isə Stefano Muscaritolo və Catia Castagnaya məxsusdur.

Konsert böyük anşlaqla keçib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi