Yuxarı

Bakıda Meksika mətbəxininin nümayişi keçirilib

Xətai rayonunda Meksika mətbəxinin təamlarından ibarət menyu təqdim olunub

Bakı. 16 sentyabr. REPORT.AZ/ Meksıkanın Müstəqillik Gününün Azərbaycan Respublikasında ilk dəfə qeyd olunmasının bir hissəsi olaraq, bu gün Meksika mətbəxininin nümayişi keçirilib.

“Report” xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda meksikalı baş aşpaz Anxel Vazkez tərəfindən Meksika mətbəxinin təamlarından ibarət menyu təqdim olunub.

Dünyanın təxminən 70% növ müxtəlifliyini özündə cəmləşdirən, heyvan və bitki növlərinin ən yüksək say və geniş müxtəlifliyinə görə seçilən millətlərin təşkil etdiyi qrupda Meksikanın mövcud olmasından ölkəni “megamüxtəlif” adlandırmaq olar.

2010-cu ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-maddi İrsi kimi tanınmış və unikal olan Meksika mətbəxi ölkənin ispan, Asiya, Afrika və Avropa təsirli olan zəngin tarixindən başqa iqlimlərin müxtəlifliyinə, iki - Atlantik və Sakit - okean suları ilə yuyulması faktorlarına da əsaslanır. Dünyada ən çox tanınan bəzi ərzaqlar Meksikada yaranmışdır, bunların içərisində qarğıdalı, şokolad, pomidor, vanil və avokado var.

Baş aşpaz Anxel Vazkez, mətbəx ənənələri ilə seçilən Meksikanın regionlarından biri olan Puebla Ştatındandır.

Yemək və içkilərin idarə edilməsi üzrə xüsusi təhsil almağından başqa 10 ildən çox müddətdə Mərakeş, Tayland, Yunanıstan, İndoneziya, Peru, Luksemburg, Almaniya, Birləşmiş Ştatlar, Fransa, Vatikan və digər ölkələrdə Meksikanı təmsil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi