Yuxarı

Bakıda Macarıstan musiqisindən ibarət konsert keçirilib

Bakıda Macarıstan musiqisindən ibarət konsert keçirilib
Konsert bəstəkar Zoltan Kodayın 135 illik yubileyinə həsr olunub
Macar bəstəkarı, musiqiçi və musiqi nəzəriyyəçisi Zoltan Koday

Bakı. 25 noyabr. Report.az / Bakıda məşhur macar bəstəkarı, musiqiçi və musiqi nəzəriyyəçisi Zoltan Kodayın 135 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

"Report"un məlumatına görə, macarıstanlı və azərbaycanlı ifaçılar konsertdə Z.Kodayın həyatının bütün dövrlərindən kompozisiyalar təqdim ediblər.

Bəstəkar musiqi nəzəriyyəsi ilə fəal məşğul olub, musiqi pedaqogikası üzrə işlərin müəllifidir. Xüsusilə, öz şagirdi Yenye Adam ilə birlikdə Koday metodunu yaradıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi