Yuxarı
    Bağlamaq

    “Azərikimya”nın keçirdiyi “Mənim Sumqayıtım” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

    Müsabiqəyə  150 iş daxil olub

    Bakı.3 fevral.REPORT.AZ/ Bu gün “Azərikimya” İstehsalat Birliyi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə məktəblilər arasında bir ay ərzində keçirilmiş “Mənim Sumqayıtım” rəsm müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi olub.

    "Report" SOCAR-a isinadən xəbər verir ki, müsabiqəyə Sumqayıt, o cümlədən Hacı Zeynalabdin Tağıyev, Corat, Saray qəsəbələrində yerləşən orta məktəblərin, eləcə də respublikadakı ali məktəblərin nəzdində fəaliyyət göstərən liseylərin şagirdləri tərəfindən 150 iş daxil olub. Təqdim olunan əl işləri münsiflər heyəti tərəfindən araşdırılıb və ilkin mərhələdə 30 şagirdin əl işi, növbəti mərhələdə isə bunların içərisindən qaliblər seçilib. 

    Münsiflər heyətinin ümumi rəyi ilə I yerə Sumqayıt şəhər Uşaq və yeniyetmələrin Yaradıçılıq Mərkəzinin üzvü Lalə Orucova, II yerə Sumqayıt şəhər 33 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Nəzrin Həsənova layiq görülüb. İki III yerin qalibi isə Sumqayıt şəhər 27 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Şəms Abdullayeva və 14 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Abdulşah Məmmədov olub. Bunlardan başqa, 1 əl işi də Sumqayıtın Tarixi Muzeyi tərəfindən bəyənilib və muzeyin diplomuna layiq görülüb. 

    “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və münsiflər heyətinin üzvləri müsabiqənin qaliblərinə diplomları və pul mükafatlarını təqdim edib, onlara yeni yaradıcılıq uğurları arzulayıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi