Yuxarı
    Bağlamaq

    Azərbaycanda yaradıcı şəxslərin peşəkar yaradıcılığının meyarları ilə bağlı məhdudiyyət ləğv olunur

    Layihə Milli Məclisə Prezidentin təqdimatı ilə daxil olub

    Bakı. 16 sentyabr. REPORT.AZ/ Milli Məclisin Mədəniyyət Komitəsinin iclası keçirilib.

    "Report"un xəbərinə görə, iclasda "Mədəniyyət haqqında" qanununda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

    Qeyd olunub ki, dəyişiklik layihəsi Milli Məclisə Prezident İlham Əliyevin təqdimatı ilə daxil olub. Layihədə qanunun 24-cü maddəsinin 4-cü bəndinin ləğv edilməsi təklif olunub.

    4-cü bənddə qeyd olunub ki, yaradıcı şəxslərin peşəkar yaradıcılığının meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

    Komitə sədri Rafael Hüseynov deyib ki, yaradıcılıq mühüm sahədir, burada hər hansı məhdudiyyət ola bilməz.

    Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi