Yuxarı
    Bağlamaq

    Azərbaycan və özbək rəssamları İpək Yolunu təsvir edəcək

    Özbəkistanda sərgi olacaq

    Bakı. 19 noyabr. REPORT.AZ/ Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə noyabrın 26-da Daşkənddə Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunda "İpək yolu Azərbaycan və özbək rəssamlarının gözü ilə" rəsm sərgisi keçiriləcək.

    "Report" xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidməti məlumat yayıb.
    Tədbirin təşkilatçıları Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Kəmaləddin Bexzod adına Daşkənd Rəssamlıq və Dizayn İnstitutu və Azərbaycan Dövlət Rəsm Qallereyasıdır. Sərginin açılışında Azərbaycanın Özbəkistandakı Səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan Rəssamlıq Akademiyasının rəhbərləri və işçiləri, habelə Özbəkistan - Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, tanınmış sənət adamları və rəssamların iştirakı gözlənilir.
    Sərginin keçirilməsində əsas məqsəd iki ölkə arasında mədəni əməkdaşlığı genişləndirmək, xalqların ortaq dəyərlərini təbliğ etmək və tarixi ipək yolunun hər iki xalqın həyatında rolunu bir daha göstərməkdir.
    Sərgi çərçivəsində Azərbaycan Dövlət Rəsm Qallereyasının təşkilatçılığı ilə Özbəkistana gətirilmiş tanınmış Azərbaycan rəssamları Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov, Ərtegin Salamzadə, Elbəy Rzaquliyev, Hüseyn Haqverdiyev və s. əsərləri, habelə Özbək tərəfinin tanınmış özbək rəssamları Akmal Nuriddinov, Sabir Raxmedov, Cablan Umirbekov, Baxadur Calalov və s. rəssamlarının əsərləri nümayiş etdiriləcəkdir.

    Sərginin açılışında İpək yolu haqqında qısametrajlı sənədli film nümayiş etdiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi