Yuxarı
    Bağlamaq

    Azərbaycan nümayəndəsi UNESCO-nun sessiyasında iştirak edib

    Sessiyada rəqəmsal mühitdə mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyası ilə bağlı layihə qəbul olunub

    Bakı. 15 dekabr. REPORT.AZ/ Mədəniyyət və turizm nazirinin mavini Sevda Məmmədəlieva dekabrın 12-15-də UNESCO-nun baş qərargahında təşkilatın Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında iştirak edib.

    Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilib ki, komitənin 10-cu sessiyasında rəqəmsal mühitdə mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyasının həyata keçirilməsi ilə bağlı fəaliyyət prinsiplərinin layihəsi müzakirə olunaraq qəbul edilib.

    İndiyədək 144 dövlət və Avropa İttifaqı tərəfindən ratifikasiya olunan Konvensiya mədəniyyət sahəsində rəhbərlik üzrə yeni beynəlxalq çərçivə rolunu oynayaraq, bütün dünyada rəssamlar, mədəniyyət xadimləri, mütəxəssislər və vətəndaşlar tərəfindən çoxsaylı mədəniyyət məhsullarının yaradılması, istehsalı, yayılması və onlardan istifadəyə təminat verir.

    Sessiyada 2005-ci il Konvensiyasının BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinə töhfəsi, Katibliyin potensial quruculuğu və biliklərin idarə olunması təcrübəsinə dair məruzəsi, Fondun fəaliyyəti və yeni layihələrin təsdiqi, Konvensiyanın həyata keçirilməsinə dair fəaliyyət prinsiplərinə dair ilkin layihə müzakirə olunub.

    İlk dəfə olaraq Konvensiyanın 2005-ci ildən bəri imzalanmış 51 ikitərəfli və regional sazişə təsiri və İspaniya və Latın Amerikası ölkələrində mədəniyyət və yaradıcı sənayelərin rəqəmsal texnoloji çağırışlara adaptasiyası üzrə araşdırmalar komitənin müzakirəsinə verilib.

    Qeyd olunub ki, komitə həmçinin Mədəni Müxtəliflik üzrə Beynəlxalq Fond çərçivəsində inkişaf etməkdə olan ölkələrdə mədəni və yaradıcı sənayenin dəstəklənməsi istiqamətində maliyyələşdirmə ilə bağlı müraciətlərə dair qərarlar qəbul edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi