Yuxarı

Azərbaycan Dövlət Filarmoniyasında Arif Məlikova həsr edilən konsert keçiriləcək

Səhnədə Arif Məlikovun musiqiləri səslənəcək

Bakı.17 noyabr. REPORT.AZ/ Dünya şöhrətli bəstəkar, SSRİ xalq artisti Arif Məlikova həsr edilən konsert proqramı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Filarmoniyasından bildirilib. Noyabrın 28-də Filarmoniyanın səhnəsində baş tutacaq konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Arif Məlikovun musiqiləri səslənəcək. Konsertin dirijoru Orkestrin bədii rəhbəri, xalq artisti Rauf Abdullayevdir.

Xatırladaq ki, bu konsert Arif Məlikova həsr edilən silsilə konsertlərdən ikincisidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi