Yuxarı
    Bağlamaq

    "Azanfilm" studiyası dekabrda yeni filmlərini təqdim edəcək

    Uşaqlar üçün ilk dəfə olaraq animasiya serialı çəkilib

    Bakı. 28 noyabr. REPORT.AZ/ Animasiya filmlərinin çəkilməsi və təbliği ilə məşğul olan "Azanfilm" studiyası yeni filmlərini balaca tamaşaçılara təqdim etməyə hazırlaşır. Bu barədə "Report"a "Azanfilm"in direktoru Fariz Əhmədov məlumat verib.

    O, 2014-cü ilin "Azanfilm" üçün məhsuldar keçdiyini deyərək, bu il 5 filmin çəkildiyini bildirib. "2015-ci ildə yeni filmlərimizi tamaşaçılara təqdim edəcəyik. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi 5 filmin istehsalı ilə bağlı bizə sifariş vermişdi. Filmlərdən 4-ü "Azanfilm"də, biri isə müstəqil studiyada çəkilib. Çəkilən yeni filmlərin son tamamlanma işləri aparılır. Dekabrın ilk ongünlüyündə animasiya filmlərimizi tamaşaçılara təqdim edəcəyik. 2015-ci ildə balaca tamaşaçılarımız üçün yeni çəkdiyimiz animasiya serialı nümayiş olunacaq.

     "Gəlin birlikdə öyrənək" filminin ilk bölümü "Rənglər" adlanır. Animasiya filmində balacalarımıza şəkil çəkməyi öyrədəcək, rənglər haqqında məlumat verəcəyik. Növbəti bölümlərdə balaca tamaşaçılar saymağı öyrənəcəklər. Bu bölümdən olan 3-cü film "Mismarla çəkicin söhbəti"ndən bəhs edir. Animasiya filmlərinin ikisi tam hazırdır. Dekabrın 15-dən sonra tamamlanan filmlərimizi geniş tamaşaçı kütləsinə təqdim edəcəyik", - F.Əhmədov vurğulayıb.

    "Azanfilm" studiyasının direktoru bu il bir neçə sənədli filmlərin ekranlaşdırıldığını da söyləyib: "Bu sənədli filmlər arasında rejissor Tofiq İsmayılovun çəkdiyi "Lahıc" və Adil Azayın ekranlaşdırdığı "Vulkanın nəfəsi" filmlərinin adlarını qeyd etmək olar".

    Qeyd edək ki, 2015-ci ilin yanvar ayında Polşa kinematoqrafçıları ilə Azərbaycan rejissorlarının müştərək işi - "Bakı sübhdən günbatanadək" layihəsi çərçivəsində keçirilən qısametrajlı filmlər festivalının açılışı olacaq. Bu festivalın ilk mərhələsi 2014-cü ilin aprelində Bakıda ustad dərslərin keçirilməsi ilə başlayıb. Yanvarda festivalın yekunu olaraq çəkilən qısametrajlı filmlər nümayiş ediləcək

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi