Yuxarı

​Aktrisa Morin O'Xara vəfat edib

Ona “Notr-Damlı qozbel” filmi şöhrət gətirib

Bakı. 24 oktyabr. REPORT.AZ/ ABŞ-da məşhur irlandiyalı aktrisa Morin O'Xara 95 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Aktrisanın menecerinin sözlərinə görə, o, Aydaho ştatındakı evində keçinib.

O'Xaraya “Notr-Damlı qozbel” (1939) və “Mənim vadim necə də yaşıl idi” (1941) filmləri məşhurluq gətirib. Aktrisa ümumilikdə karyerası ərzində 60-dan çox bədii filmdə rol alıb. Bundan əlavə O'Xara 2014-cü ildə kinematoqrafiya sahəsində göstərdiyi xidmətlərə görə "Oskar" mükafatına layiq görülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi