Yuxarı
    Bağlamaq

    Akademik Milli Dram Teatrının direktoru xalq artistlərini barışdırıb

    Ramiz Novruz Ramiz Məlikə əl uzadıb, həmkarlar barışıb, məsələni bitiriblər

    Bakı. 25 avqust. REPORT.AZ/ Akademik Milli Dram Teatrının direktoru, professor İsrail İsrafilov avqustun 23-də dava edən xalq artistləri Ramiz Məlik və Ramiz Novruzu qəbul edib.

    "Report" xəbər verir ki, hər iki aktyor direktorun yanında məsələlərini yenidən, səmimi şəkildə danışıblar. İsrafil İsrafilovun yanında ikinci dəfə barışıq əldə edilib. Ramiz Novruz Ramiz Məlikə əl uzadıb, həmkarlar barışıb, məsələni bitiriblər.

    Ramiz Novruz barışığa səbəb olan hər kəsə, xalq artisti Zemfira Nərimanovaya, əməkdar artist Kazım Abdullayevə minnətdarlığını bildirib, bu hadisənin belə həddə gəlib çatmasından üzüldüyünü deyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi