Yuxarı

Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub

Festival sentyabrın 28-dək davam edəcək

Bakı. 19 sentyabr. REPORT.AZ/ Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

"Report" xəbər verir ki, festival Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrinin ifasında dahi bəstəkarın “Koroğlu” operasına uvertüranın səslənməsi ilə başlayıb.

Konsertdə İ.Bramsın violin və orkestr üçün konserti, həmçinin Azərbaycanın Xalq Artisti Arif Məlikovun fortepiano və orkestr üçün konserti səsləndirilib.

Festival sentyabrın 28-dək davam edəcək.

Qeyd edək ki, 2009-cu ildən başlayaraq hər il keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunan beynəlxalq musiqi festivalının konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi