Yuxarı

Bəhram Bağırzadə: "Zeynalabdin Tağıyevin heykəli üçün təklif etdiyim yerlərə baxış keçirilir" - VİDEO

“Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşündə ölkə başçısından Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılmasını, sadəcə, xahiş etdim. Çıxışımdan sonra dərhal dəstək aldım və təklif qəbul edildi. Hazırda heykəl üçün təklif etdiyim bir neçə yerə baxış keçirilir”.

Bunu “Report”a açıqlamasında əməkdar artist Bəhram Bağırzadə deyib.

O bildirib ki, daha sonra Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva ilə Heydər Əliyev Fondunda konstruktiv görüş oldu: “Orada da öz təkliflərimi irəli sürdüm. Ölkə başçısı ilə görüşdə uşaqlıq arzumu səsləndirmişdim və həmin an emosional olaraq bir yer təklif etmişdim. Halbuki paytaxtın bir neçə yerində heykəl qoyulması mümkün idi. Mehriban xanım Əliyeva ilə görüşdə ətraflı müzakirə aparıldı. Artıq bir neçə yer təklif etmişəm və hazırda həmin yerlərə baxılır, üzərində iş gedir. Heykəltəraşlar arasında müsabiqə elan ediləcək və onlar öz işlərini təqdim edəcəklər. Komissiya yaradılacaq, ən yaxşı iş seçiləcək. Müsabiqədə tələbələrdən tutmuş ən tanınmış peşəkarlara qədər hər kəs iştirak edə biləcək. Əlimdə olsaydı, beynəlxalq müsabiqə təşkil edərdim ki, xarici heykəltəraşlar da ölkəmizin tanıdılması istiqamətində töhfə vermiş olacaqlar”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi