Yusif və Vaqif Səmədoğluna aid fotosənədlər Kino-Foto Sənədləri arxivinə təhvil verilib

Yusif və Vaqif Səmədoğluna aid fotosənədlər Kino-Foto Sənədləri arxivinə təhvil verilib Hazırda hər bir sənəd haqqında qısa müfəssəl məlumat hazırlanır
Mədəniyyət siyasəti
14 Aprel , 2016 20:32
Yusif və Vaqif Səmədoğluna aid fotosənədlər Kino-Foto Sənədləri arxivinə təhvil verilib

Bakı. 14 aprel. REPORT.AZ/ Xalq yazıçısı Yusif Səmədoğlu və xalq şairi Vaqif Səmədoğluna aid 450 saxlama vahidi foto sənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

Bu barədə "Report" Milli Arxiv İdarəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ədiblərin ailə üzvləri tərəfindən verilən sənədlər onların həyat və yaradıcılıq fəaliyyətinin müxtəlif mərhələlərini özündə ehtiva edir. Hazırda sözügedən foto sənədlər Milli Arxiv Fonduna daxil edilmək üçün sənədləşdirilir. Hər bir sənəd haqqında qısa müfəssəl məlumat hazırlanır.

Son xəbərlər

Orphus sistemi