Yuri Polyakov: "Bir çox Moskva teatrları ilə müqayisədə Bakı teatrlarının səhnələrində rus dilində daha doğru danışırlar"

Yuri Polyakov: "Bir çox Moskva teatrları ilə müqayisədə Bakı teatrlarının səhnələrində rus dilində daha doğru danışırlar" "Ədəbi qəzet"in baş redaktoru: "Qəzetimiz bütün bu illər ərzində Azərbaycan ədəbiyyatında baş verənləri izləyib"
Mədəniyyət siyasəti
14 Sentyabr , 2017 15:36
Yuri Polyakov: Bir çox Moskva teatrları ilə müqayisədə Bakı teatrlarının səhnələrində rus dilində daha doğru danışırlar
Foto: Иван ВИСЛОВ

Moskva. 14 sentyabr. REPORT.AZ/ "Rusiya və Azərbaycan teatrlarının qarşılıqlı qastrollarını dövlət işinə çevirmək lazımdır".

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu "Ədəbi qəzet"in baş redaktoru Yuri Polyakov "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru" konfransında deyib.

"Şəxsi səviyyədə, biz - mədəniyyət xadimləri hər zaman azərbaycanlı həmkarlarımızla əlaqələri saxlamışıq. Məsələn, mən Kamal Abdulla (Azərbaycan Dillər Universitetinin rektoru - red.), Çingiz Hüseynov (yazıçı, mədəniyyətşünas - red.) ilə yaxın dostam. "Ədəbi qəzet" bütün bu illər ərzində Azərbaycan ədəbiyyatında baş verənləri izləyib", - Y.Polyakov bildirib.

O xatırladıb ki, Rusiyada Azərbaycan ədəbiyyatına dair xüsusi "Ros-Turan" əlavəsi işıq üzü görüb: "O, Azərbaycan ədəbiyyatının zirvələrində idi. Orada Azərbaycan ədəbiyyatının klassiklərinin rus dilinə tərcümə edilmiş əsərləri çap edilirdi. Həmişə demişəm ki, başqa dil mədəniyyətində yaradılmış əsərlərin rus dilinə tərcümə edilməsi rus dilinin özünün zənginləşməsinə xidmət edir".

Y.Polyakov bu yaxınlarda Bakıda Rus Dram Teatrının repertuarına onun "Xalam-bundu" komediyasını saldığını xatırladıb.

"Bildiyimə görə, komediya uğurla səhnələşdirilir. Qeyd etmək istəyirəm ki, bir çox Moskva teatrlarıyla müqayisədə Bakı teatrlarının səhnələrində rus dilində daha doğru danışırlar", - deyə "Ədəbi qəzet"in baş redaktoru bildirib.

Son xəbərlər

Orphus sistemi