​YUNESKO-nun Ümumdünya İrsi siyahısına 24 yeni obyekt əlavə olunub

​YUNESKO-nun Ümumdünya İrsi siyahısına 24 yeni obyekt əlavə olunub Bonn şəhərində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 39-cu sessiyası başa çatıb
Mədəniyyət siyasəti
9 İyul , 2015 10:26
​YUNESKO-nun Ümumdünya İrsi siyahısına 24 yeni obyekt əlavə olunub

Bakı. 9 iyul. REPORT.AZ/ Bonn şəhərində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 39-cu sessiyası başa çatıb.

"Report" BMT-nin Xəbərlər Mərkəzinin məlumatına istinadən bildirir ki, sessiya iştirakçıları təbiət, mədəni və qarışıq 24 yeni obyektin YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilməsi barədə qərar qəbul edib. Onların sırasında Yamaykadakı Mavi dağlar və Jon Krou dağları, İsraildəki yəhudilərin dirçəliş rəmzi olan Beyt Şearim nekropolu da var.

Ümumdünya İrsi siyahısına digərləri arasında, Norveçdəki Ryukan və Nutodden tarixi sənaye kompleksləri, Almaniyadakı "Çili evi", Şpayxerştadt və Kontorhaus kvartalları, Böyük Britaniyadakı Fort-Bridc körpüsü, Yaponiyadakı sənaye inqilabının abidələri olan fabriklər, limanlar və kömür şaxtaları da daxil edilib.

Ümumdünya İrsi siyahısına Ümumdünya mədəni və təbii irsin qorunması Konvensiyana üzv ölkələrdə yerləşən mindən artıq obyekt daxildir.

Qeyd edək ki, Ümumdünya İrs Komitəsinin 40-cı sessiyası gələn il iyulun 10-dan 20-dək İstanbulda (Türkiyə) keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi